Flag of Azerbaijan

Bizim İşimiz

Dil: Azeri | English

Speeches Shim

USAID-in Azərbaycandakı məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmağa davam etməkdir. USAID azərbaycanlıların həyatlarını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti, yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir. USAID iki əsas sahədə inkişaf yardımı göstərir: qeyri-neft sektorunun inkişafına dəstək; iştirakçı və şəffaf demokratik və idarəçilik proseslərinin gücləndirilməsi. USAID-in strategiyası Azərbaycanla İnkişaf Əməkdaşlığı Strategiyasında (2020-2025) təsvir edilərək USAID-in yardımı haqqında ətraflı məlumatı təqdim edir. Strategiya ilə buradan tanış ola bilərsiniz. 

USAID-in işi xüsusilə kənd təsərrüfatı və turizm sektoru olmaqla özəl sektorun inkişafı və sərmayə üçün daha yaxşı mühitin yaradılmasına, habelə insan alveri ilə mübarizə, işsizliyin azaldılması, bölgələrdə su qıtlığının həlli, gender bərabərliyinin yaxşılaşdırılması, mühim xidmətlərin göstərilməsinə yönəlik qeyri-hökumət təşkilatlarının səylərinə dəstək, ictimai həyatda vətəndaşların iştirakının artırılmasına yönəlib.

Last updated: July 21, 2021

Share This Page