Dil

 

BAKI – Cənab Maykl Nirbas (Michael Nehrbass) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, cənab Nirbas Pakistanda missiya direktorunun müavini vəzifısində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Cənab Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib. 

Cənab Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir.. 

Azərbaycan üzrə Missiya Direktoru kimi cənab Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək. “Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə cənab Nirbas bildirib.

1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Image
Maykl Nirbas
Maykl Nirbas
Vüqar Nağıyev/USAID
Tags
Azerbaijan