Dil

Azərbaycan neft ixrac edən, orta gəlirli ölkədir, Xəzər dənizi və Qafqaz dağları ilə həmsərhəddir. Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən və müsəlmanların çoxluq təşkil etdiyi bu ölkə güclü dini tolerantlıq ənənələrinə malik dünyəvi dövlətdir. USAID qeyri-enerji sektorlarında (məsələn, kənd təsərrüfatı və turizm) mikro, kiçik və orta müəssisələrə diqqət yetirərək özəl sektorun böyüməsini, investisiya və məşğulluğu təşviq edir. Bundan əlavə, USAID insan alveri və gender əsaslı zorakılıqla mübarizə, təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, gender bərabərliyinin və qadınların iqtisadi səlahiyyətlərinin artırılması, hökumət və qeyri-hökumət təşkilatlarına əsas dövlət xidmətləri göstərməkdə dəstək, habelə vətəndaşların ictimai həyatda iştirakını artırmaq daxil olmaqla, icmaları həssas edən problemləri həll etməyə çalışır.

1991-ci ildən USAID azərbaycanlılara dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.

DAHA ƏTRAFLI

USAID/Azerbaijan Missiya Direktoru

Contacts

Stay Connected

Stay Connected

Follow USAID in Azerbaijan