USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Həsr Olunmuş Zirvə Görüşünü Təşkil Edib

Press Release Shim

Speeches Shim

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Həsr Olunmuş Zirvə Görüşünü Təşkil Edib
USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Həsr Olunmuş Zirvə Görüşünü Təşkil Edib.
Vüqar Nağıyev/USAID

For Immediate Release

Çərşənbə, 30 İyun, 2021
USAID/Azerbaijan
(+99412) 498-18-35

BAKI - Bu gün Bakıda keçirilmiş zirvə görüşündə USAID Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platformasının yaradıldığını elan edib. QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.      

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş zirvə görüşündə qadınların idarəçiliyinə və iqtisadi həyatdakı iştirakına mane olan hüquqi-ictimai baryerlərin azaldılmasına çalışan oxşar fikirli təşkilatların nümayəndələri bir araya gəlib. Bu tədbir Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatlara qadın assosiasiyalarının və sahibkarlarının daha çox töhfə verməsi və qadın sahibkarlığının gücləndirilməsi üçün vahid koalisiyanın yaradılmasına da maraq oyadıb.        

“Biz belə təşəbbüslərin sayəsində, xüsusən də qadınlar üçün daha əlverişli biznes mühiti yaradırıq və onların rəqabətini boğan inzibati maneələri azaldırıq. Biz qadınların idarə etdiyi təşkilatların və şirkətlərin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərərək qadın sahibkarlığını milli iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi qəbul edən iqtisadi islahatlar gündəliyini ön plana çəkirik” USAID-in Azərbaycandakı missiya rəhbəri Cey Sinqx qeyd edib.

USAID-in Özəl Sektorun İnkişafı Layihəsinin Assosiasiyalarda Qadınlar Komponentinin rəhbəri Şəlalə Kamilova bildirib ki, QMBG Azərbaycanda ilk  dəfə olaraq qadın sahibkarlığının inkişafını dəstəkləyən və təşviq edən geniş platformadır.   

Tədbirdə İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının, qadın assosiasiyalarının nümayəndələri, beynəlxalq ekspertlər, o cümlədən öz ölkələrində uğurlu QMBG platformaları yaratmış rəhbərlər iştirak edib.     

USAID-in Özəl Sektorun İnkişafı layihəsinin (2019-2024) məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlığını artırmaq, sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaq, özəl sektorun rəqabətliliyini və biznes xidməti təminatçılarının potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafına mane olan halları aradan qaldırmaqdır. Qadınların iqtisadi fəaliyyətə cəlb olunması layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərdən biridir.

Last updated: July 12, 2021

Share This Page