USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Anlaşma Memorandumu İmzalayır

Press Release Shim

Speeches Shim

USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Anlaşma Memorandumu İmzalayır
KOBİA sədri Orxan Məmmədov (solda) və USAID-in missiya direktoru Cey Sinqx (ortada) memorandumu ABŞ səfiri Li Litzenbergerin (sağda) iştirakı ilə izmalayırlar.
Vüqar Nağıyev/USAID

For Immediate Release

Cümə axşamı, 8 İyul, 2021
USAID/Azerbaijan
(+99412) 498-18-35

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. USAID və KOBİA birgə əməkdaşlıq çərçivəsində daha əlverişli və rəqabətli biznes mühitinin yaradılmasına xidmət edən, yerli KOS-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq və satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də  COVID-19 pandemiyası kimi böhrana qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. 

USAID və KOBİA Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarların potensialını və rəqabətliliyini gücləndirməklə yanaşı ixrac həcminin artırılmasını diqqət mərkəzində saxlayacaq. Agentliklər birgə əməkdaşlıq çərçivəsində ölkədəki yeni KOS-ların qarşılaşdıqları çətinlikləri müəyyənləşdirəcək, onların inkişafına və genişlənməsinə təkan verən uyğun iqtisadi-siyasət islahatları tövsiyə edəcək. Bölgələrdəki KOB-lar belə tərəfdaşlığın sayəsində öz məhsullarını topdan və pərakəndə satış şəbəkələrinə daha asanlıqla çatdıracaq və böyük şəhərlərdəki bazarlara giriş imkanları əldə edəcəklər. Qarşılıqlı əməkdaşlıq sayəsində ABŞ və Azərbaycan arasındakı biznes əlaqələri inkişaf edəcək və ABŞ-ın yeni biznes texnologiyaları ölkəyə gətiriləcək.   

“ABŞ və Azərbaycan şirkətləri arasındakı biznes tərəfdaşlığı və əlaqələri qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsi və iqtisadi artımın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu anlaşma memorandumu birgə inkişafa şərait yaradan biznes tərəfdaşlıqlarının qurulması ilə nəticələnəcək”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib. 

“Agentlik yerli KOB-ların inkişafı üçün qabaqcıl təcrübənin öyrənilməsinə, bu sahədə müxtəlif təşkilatlarla əməkdaşlığa önəm verir. İnanırıq ki, USAID ilə imzalanmış müvafiq Anlaşma Memorandumu biznes tərəfdaşlığının inkişafına, KOB-lara göstərilən dəstək və xidmətlərin daha da yaxşılaşmasına, KOB-ların böyüməsinə öz müsbət tövfəsini verəcəkdir"- deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.  

“USAID belə hesab edir ki, kiçik və orta sahibkarlıq inkluziv və dayanıqlı iqtisadi inkişafı təmin etməklə yoxsulluğun azaldılmasında müstəsna rol oynayır. Ona görə də kiçik və orta sahibkarları dəstəkləmək və onlar üçün əlverişli biznes mühiti yaratmaq missiyasını həyata keçirən KOBİA agentliyi Azərbaycan iqtisadiyyatının inkişafında böyük resurs rolunu oynayır. Biz qarşılıqlı tərəfdaşlığı daha da gücləndirmək niyyətindəyik”, - deyə USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx bildirib.

Last updated: July 12, 2021

Share This Page