Flag of Azerbaijan

Press-relizlər

Dil: Azeri | English

Speeches Shim

08-07-2021 13:30

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. USAID və KOBİA birgə əməkdaşlıq çərçivəsində daha əlverişli və rəqabətli biznes mühitinin yaradılmasına xidmət edən, yerli KOS-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq və satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də  COVID-19 pandemiyası kimi böhrana qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. 

USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Yeni Təşəbbüslə Çıxış Ediblər
18-02-2020 10:00

 

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək üçün tərəfdaşlıq sammiti keçiriblər. Yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

USAID missiya direktoru Cey Sinqx çıxış edir.
18-12-2019 11:30

 

BAKI – ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Açıq Hökumət Platforması terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübəni müzakirə etmək məqsədi ilə beynəlxalq seminar keçirib.

Missiya direktoru təmir olunmuş uşaq bağçasının uşaqlarına hədiyyələr təqdim edir.
28-10-2019 14:00

 

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı Missiya Direktoru Caydev Sinqx Xudat və Qusar sakinləri ilə birgə USAID-in maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində icra edilmiş iki icma layihələrinin açılışında iştirak edib. 

Xudatın Fidanlar icmasında sakinlər hökumət nümayəndələri ilə əməkdaşlıq edərək yerli uşaq bağçasını tam təmir ediblər. Təmir edilmiş uşaq bağçası icmanın 55 uşağını isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. 

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası Tərəfdaşlıq Sazişi İmzalayıb
25-04-2019 14:00

 

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsələrə dair əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıblar. İki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞ və Azərbaycan arasında ticarət və kommersiyanı, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaqlar. 

USAID - Azərbaycan Əməkdaşlığı Çərçivəsində İcmalar İnfrastrukturu Yaxşılaşdırır
17-04-2019 16:00

 

BAKI – Zərdab və Füzuli sakinləri yeni tibb məntəqəsi, yem emalı və toxum təmizləmə məntəqəsi inşa edərək və uşaq bağçasını təmir edərək icma infrastrukturunu yaxşılaşdırmağa yönəlik layihələrə öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində həyata keçirilib. 

Pages

Last updated: July 21, 2021

Share This Page