Flag of Azerbaijan

Press-relizlər

Dil: Azeri | English

Speeches Shim

08-07-2021 13:30

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. USAID və KOBİA birgə əməkdaşlıq çərçivəsində daha əlverişli və rəqabətli biznes mühitinin yaradılmasına xidmət edən, yerli KOS-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq və satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də  COVID-19 pandemiyası kimi böhrana qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. 

ABŞ Azərbaycanda COVID-19-la Mübarizə Tədbirləri üçün Əlavə 1 Milyon ABŞ Dolları Ayırıb
02-07-2021 14:00

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diaqnozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək.

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Həsr Olunmuş Zirvə Görüşünü Təşkil Edib
30-06-2021 14:00

Bu gün Bakıda keçirilmiş zirvə görüşündə USAID Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platformasının yaradıldığını elan edib. QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.  

AZPROMO-nun direktoru Yusif Abdullayev (solda), USACC İdarə Heyətinin sədri Reza Vəziri (ortada) və USAID-in Missiya direktoru Caydev Sinqx (sağda) sazişi imzalayırlar.
09-06-2021 13:45

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) kənd təsərrüfatı ixracına və investisiyaya dəstək sahəsində tərəfdaşlığın əsasını qoyan anlaşma memorandumu imzalayıblar.

Qubada intensiv alma bağı
01-04-2021 15:00

Azərbaycandakı Amerika Birləşmiş Ştatları və İsrail səfirlikləri ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə innovativ əməkdaşlığı məmnunluqla elan edirlər. Layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI-ci əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq. 

USAID 3500 ehtiyacı olan ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq və gigiyena məhsullarının çatdırılmasını dəstəkləyir
05-09-2020 14:00

 

Bakı – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çalışqan könüllüləri pandemiya dövründə çətinlik çəkən ailələrə daha 7,000 qutu qida və gigiyena məhsulu çatdırırlar. Bu tədarüklər ölkənin səkkiz bölgəsində 3,500 ailəyə kömək edəcəkdir. Bu, COVID-19-a cavab məqsədilə USAID-in Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (IFRC) maliyyə dəstəyi çərçivəsində çətinlik çəkən ailələrə ikinci yardım çatdırılmasıdır.

24-08-2020 14:30

ABŞ hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVID-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək.

Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 Milyon ABŞ Dolları Dəyərində Maliyyə Vəsaiti Ayrıldığını Elan Edir
19-08-2020 19:00

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini  Bonni Qlik, ABŞ Dövlət Departamentinin katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin  müşaviri İvanka Tramp birgə bəyanatla çıxış edərək bildirmişdilər ki, Prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılmışdır.

02-04-2020 11:00

 

BAKI – Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Pages

Last updated: July 21, 2021

Share This Page