Speeches Shim

BAKI – Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması səylərinin bir hissəsi olaraq, noyabrın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) dəstəyi ilə “Qadınların Milli Biznes Konfransı/Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı tədbirə ortaq ev sahibliyi edib.
Dünən səhər ABŞ səfiri Litzenberqer Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ev sahibliyi etdiyi və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İnsan Alveri Qurbanlarının Müəyyənləşdirilməsi üzrə İlk Yardımçılar üçün təliminin açılışını edib. USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsinin bir hissəsi olan üç günlük təlim iştirakçılara insan alveri, məcburi əmək və istismar qurbanlarının aşkar edilməsi, müəyyən edilməsi və aidiyyəti üzrə göndərilməsi ilə bağlı əlavə bacarıq və biliklər verir.
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. USAID və KOBİA birgə əməkdaşlıq çərçivəsində daha əlverişli və rəqabətli biznes mühitinin yaradılmasına xidmət edən, yerli KOS-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq və satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də COVID-19 pandemiyası kimi böhrana qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək.
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diaqnozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək.

Bu gün Bakıda keçirilmiş zirvə görüşündə USAID Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platformasının yaradıldığını elan edib. QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.
Pages
Last updated: January 24, 2022
Comment
Make a general inquiry or suggest an improvement.