Dil

Türkiyədə reanimasiya şöbəsində həkim kimi çalışan Dinar Musayeva pandemiya ilə mübarizədə vətəninə yardımçı olmaq üçün aprel ayının əvvəlində Azərbaycana qayıtmışdır. O, REACT-C19 layihəsində iştirak etmək üçün Türkiyə çalışan 19 azərbaycanlı həkimdən biri olmuşdur. Layihə Azərbaycanda xəstəxanaların pandemiyaya hazırlıqlığını təkmilləşdirmək üçün yerli səhiyyə qurumları, Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq donorlar arasında əməkdaşlıq olmuşdur. Dinar və onun həkim yoldaşları Azərbaycan bayrağındakı rənglərə uyğun olaraq dörd qrupa bölünmüşdür – mavi, qırmızı, yaşıl və ağ. Hər qrup pasiyentlərin prioritetləşdirilməsi və müalicəsi, habelə qorunma avadanlıqlarından istifadə sahəsində beynəlxalq standartlar üzrə yerli tibb işçilərinə təlim keçmək məqsədilə ölkənin müxtəlif bölgələrinə göndərilmişdir. 

Dinar qırmızı qrupun üzvü olaraq Goranboy rayonu yeni mərkəzi xəstəxanasına təyin edilmişdir. Xəstəxanada müasir avadanlıqla təchiz olunmuş 12 çarpayılıq reanimasiya şöbəsi var idi, lakin tam fəaliyyətə başlaması üçün bir çox işlər görülməli idi.

“İlk dəfə xəstəxananı görəndə o, yeni və bəzəkli görsənirdi. Lakin hər şey nizamsız idi. Heç bir qayda yox idi. Avadanlıqlar öz yerlərində və tam işlək vəziyyətdə deyildilər. Biz bilirdik ki, tezliklə reanimasiyada çarpayılara böyük ehtiyac yaranacaq və tədbirlər planı hazırlamaq lazım idi,” deyərək Dinar xatırlayır. 

Dinar və onun iş yoldaşları yerli həkim və tibb bacıları ilə birgə reanimasiya şöbəsini xəstələr üçün hazır vəziyyətə gətirmək məqsədilə plan üzərində işlədilər. Onlar saatlarla işləyərək avadanlığı, qurğuları və çarpayıları yenidən təşkil etdilər və bütün sistemlərin işlək vəziyyətə olduğunu yoxladılar. Onların bu səyləri tam zamanında oldu. Onlar bu işləri gördüyü bir vaxtda qonşu Gəncə şəhərində kritik durumda olan COVID-19 pasiyentlərinin sayı durmadan artırdı. 

“Həmin gecə Gəncədə Abbas Səhhət adına xəstəxanaya kritik durumda olan iki pasiyent gətirdilər,” deyə Dinar xatırlayır. “Qərar verdik ki, dərhal onları reanimasiyaya yerləşdirək, lakin həmin xəstəxanada reanimasiya yox idi, onların Bakıya daşınması isə təhlükəli idi. Ərazidə yeganə reanimasiya Goranboy xəstəxansında var idi – onu elə həmin gün hazır vəziyyətə gətirmişdik. Sanki ona ehtiyac olacağını bilirdik!” Pasiyentlər oraya daşınarkən Dinar və onun iş yoldaşları yeni reanimasiya şöbəsinin xəstələri uğurla müalicə etməyə hazır olub-olmamasını düşünürdülər. Pasiyentlər Goranboy xəstəxanasının reanimasiyasına qəbul olunduqdan sonra onların vəziyyəti sabitləşdirildi və müalicəyə başlanıldı. 

“Növbəti günün səhərisi biz pasiyentlərimizi yaxşı və stabil vəziyyətdə görməyə şad idik. Yerli həkim və tibb bacıları da işləri ilə fəxr edirdilər və biz bunu görməkdən məmnun idik. İndi Goranboy xəstəxanasında reanimasiya var və bu şöbənin qurulmasına töhfə verməyimizlə fəxr edirik,” deyərək Dinar qeyd edir.

REACT-C19 layihəsinin üç ay sonra bitməsinə baxmayaraq Dinar və bəzi həkim yoldaşları Azərbaycanda qalıb COVID-19-la mübarizəyə dəstəyini davam etdirməyə qərar verdilər. Onların səyləri Azərbaycan səhiyyə işçilərinin təhlükəsizliyini qorumağa və minlərlə azərbaycanlının COVID-19-dan sağalmağına yardımçı olmuşdur.  

USAID Azərbaycanda REACT-C19 layihəsini maliyyələşdirənlərdən bir olmuşdur. Layihə haqqında ətraflı məlumat üçün layihənin internet səhifəsinə daxil olun - https://azecovid19.org

Bütövlükdə, ABŞ hökuməti COVID-19-la bağlı səhiyyə və iqtisadi təsirləri idarə etmək üçün Azərbaycana 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Qlobal olaraq ABŞ pandemiya ilə mübrizəyə 20,5 milyon ABŞ dollar ayırıb

Image
Dinar Musayeva
USAID