ABŞ səfirinin müavini Lerik və Salyana baş çəkib

Səfir müavini Lerik rayonunda bal emalı məntəqəsinin tikintisi ilə tanış olur.
Səfir müavini Lerik rayonunda bal emalı məntəqəsinin tikintisi ilə tanış olur.
Vüqar Nağıyev/USAID

For Immediate Release

Cümə axşamı, Oktyabr 3, 2019
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

BAKI – 2 oktyabr tarixində ABŞ səfirinin müavini Maykl Dikerson Lerik rayonunun Cəngəmiran kənd sakinləri ilə yeni tibb məntəqəsin layihəsinin başa çatmasını qeyd edib. Yeni məntəqə sayəsində Cəngəmiran və qonşu kəndlərin 3,600-dən çox sakininin ilkin tibb xidmətlərinə əlçatanlığı yaxşılaşacaq. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsinin dəstəyi ilə Cəngəmiran sakinləri yerli hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa ediblər. Yeni tibb məntəqəsi iki həkim otağı, müayinə otağı və gözləmə dəhlizindən ibarətdir. 

Səfir müavini Maykl Dikerson həmçinin əsas məşğuliyyətlərdən biri arıçılıq olan Lerikin Piran kəndində yerli sakinlərlə görüşüb. USAID-in SEDA adlı layihəsinin dəstəyi ilə Piran icması hal-hazırda bal emalı müəssisəsi inşa edir. Həmin müəssisə bazara çıxarılan yerli balın saxlanması və qablaşdırılmasını yaxşılaşdıracaq. Bu məntəqədən Piran və ətraf 40 kənddən olan 700-ə yaxın arıçı faydalana biləcək.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160 layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var.

3 oktyabr tarixində ABŞ səfirinin müavini Maykl Dikerson Salyanda yerləşən Amerika Mərkəzinə səfər edərək mərkəzə ingilis dilinin təkmilləşdirilməsi və Birləşmiş Ştatlarda təhsil imkanlarının araşdırılması üçün gələn yerli tələbələrlə görüşüb. ABŞ Səfirliyi tərəfindən Azərbaycanın müxtəlif güşələrində yaradılmış Amerika Mərkəzləri gənclərə ABŞ-ın mədəniyyəti barədə məlumat verən, ingilis dili və sahibkarlıq sahələrində təlimlər təqdim edən bir mərkəz rolunu oynayır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dillər Universitetinin dəytəyi ilə fəaliyyət göstərən Amerika Mərkəzləri Bakı, Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə yerləşir. Hər təhsil ili 60 minə yaxın insan Amerika Mərkəzlərinə baş çəkir. 2018-ci ildə Salyanda yerləşən Amerika Mərkəzinə 5 mindən çox insan gəlib.

Last updated: November 04, 2019

Share This Page