USAID Azərbaycanda COVID-19 Koronavirusun Yayılmasına Qarşı Təxirəsalınmaz Tədbirlər üçün 1,7 Milyon Dollar Ayırır

For Immediate Release

Cümə axşamı, Aprel 2, 2020
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

BAKI – Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Sözügedən məbləğ Azərbaycan hökumətilə birgə çalışan və USAID-ın tərəfdaş təşkilatları olan üç qurum arasında paylaşılacaq: Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-in Uşaq Fondu (UNICEF), və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyası (IFRC). Adı cəkilən hər bir təşkilat Azərbaycan hökumətilə tərəfdaşlıq edərək COVID-19 virusunun yayılmasının qarşısı alınması və xəstəliyin fəsadlarının azaldılması üçün göstərilən birgə səylərə öz töhfəsini verəcək.

Üç təşkilata verilən vəsait Azərbaycanın milli laboratoriyalarının, əsaslı nəzarət və təxirəsalınmaz cavab sisteminin gücləndirilməsi, infeksiyanın qarşısı alınması və nəzarəti sahəsində fəaliyyətin artırılması, səhiyyə işçilərinin imkanlarının gücləndirilməsi, habelə ictimaiyyətə virus və onun yayılmasının qarşısı alınması barədə məlumatların çatdırılması kimi fəaliyyətlərə yönələcək.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bəyan edib ki, “Bu gün Amerika xalqının adından Azərbaycan xalqına və hökumətinə təklif etdiyimiz bu dəstək bizim həmrəyliymizin və öhdəliyimizin əlamətidir. Birlikdə biz COVID-19 virusuna qalib gələ bilərik.”

1992-ci ildən bəri ABŞ Azərbaycana dəyəri 1,5 milyard ABŞ dollarından artıq yardım göstərib və bunun sayəsində təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, iş yerlərinin yaradılması, qadınlar üçün biznes imkanlarının artırılması, və təhsil kimi sahələrdə müsbət dəyişikliklər əldə edilib. USAID münaqişə nəticəsində zərər çəkmiş insanlara humanitar yardım göstərərək Azərbaycanın müstəqillik qazandığı ilk illərindən bəri dəstək göstərib. USAID Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının və sərmayələrin artması üçün zəruri şəffaf və açıq mühitin yaradılması, habelə Azərbaycan xalqının firavanlığının və dayanıqlığının artmasına təkan verən uzunmüddətli texniki yardım göstərmişdir.

Onilliklər boyu Amerika Birləşmiş Ştatları ictimai səhiyyəyə yardım sahəsində dünyada ən böyük ikitərəfli tərəfdaş olub. 2009-cu ildən bəri Amerika vergi ödəyicilərinin səxavəti sayəsində dünyada səhiyyə sahəsinə 100 milyard ABŞ dollarından artıq, humanitar yardım sahəsinə isə 70 milyon ABŞ dolları həcmində yardım ayırmaq mümkün olub. Bir neçə mühüm çoxtərəfli tərəfdaşlarımıza etdiyimiz aşağıdakı töhfələrimiz bu səxavəti vurğulamış olur:

- 2019-cu ildə ÜST-ə 400 milyon ABŞ dollarından artıq olan ABŞ-ın töhfəsi ikinci ən böyük üzv dövlətin töhfəsindən təxminən iki dəfə artıq olub.
- 2019-cu ildə ABŞ-ın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) 1,7 milyard ABŞ dolları həcmində dəstəyi. Bu dəstək yaxın zamanlarda çox mühüm olacaq, çünki qaçqınlar COVID-19 pandemiyası riskinə xüsusi olaraq məruz qalırlar.
- 2019-cu ildə ABŞ-ın BMT-nin Uşaq Fonduna töhfəsi 700 milyon ABŞ dollarından artıq olub. İllər boyu UNICEF-in həyata keçirdiyi həyat əhəmiyyətli fəaliyyətlər – immunizasiya kampaniyaları, habelə səhiyyə və gigiyena sahəsində təlimlər və yardım – bu təhlükəli
patogenlə mübarizədə həyatları xilas edəcək.

İstənilən yerdə baş verən infeksion xəstəlik təhlükəsi hər yerdə bu cür təhlükə ola biləcəyi səbəbindən Amerika Birləşmiş Ştatları digər donorları da COVID-19 xəstəliyinə qarşı qlobal səylərə töhfə verməyə çağırır.

Last updated: April 06, 2020

Share This Page