Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi Qeyd Olunur

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi Qeyd Olunur
ABŞ səfriliyinin müvəqqəti işlər vəkili Uilyam Gil qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mümüm rol oynadıqlarını vurğulayıb.
Vüqar Nağıyev

For Immediate Release

Wednesday, November 14, 2018
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

BAKI – Bu gün ABŞ səfriliyinin müvəqqəti işlər vəkili Uilyam Gil ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfransda çıxış edərək qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mümüm rol oynadıqlarını vurğulayıb. Konfrans USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardim Fondu tərəfindən 2018-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunub. 

Müvəqqəti işlər vəkili Uilyam Gil qeyd etdi ki, “Qadınların iqtisadi iştirakçılığının artırılması ABŞ hökumətinin qlobal gender bərabərliyinə dair siyasətinin əsas elementlərindəndir, habelə iqtisadi inkişafın və icma dayanıqlığının mühüm aspektlərindəndir. O həmçinin əlavə etdi ki, “Biz qadın sahibkarları və qadınlara məxsus kiçik və orta bizneslərə dəstək göstərmək üçün Azərbaycan hökuməti və xalqı ilə birgə çalışırıq”.

Milli Məclisin deputatı Vahid Əhmədov, USAID-in missiya direktoru Caydev Sinqx və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov tədbirdə iştirak ediblər. Tədbirdə dövlət qurumlarının, diplomatik missiyaların, beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, habelə Bakıdan və rayonlardan qadın sahibkarlar iştirak edərək qadın sahibkarlığının inkişafına dair strategiyaları müzakirə ediblər. 

Hal-hazırda USAID qadın sahibkarlara dəstək göstərən bir neçə layihəni maliyyələşdirir ki, buraya biznes inkişaf təlimləri, kiçik start-uplara yardım və qadın resurs mərkəzləri daxildir. Bu layihələr Azərbaycanda müxtəlif yaşda olan qadınlara öz bizneslərini, məsələn kitab mağazası, şirniyyat sexi, dərzi atelyelər açmağa kömək edib. 

2008-ci ildə başlamış Qlobal Sahibkarlıq Həftəsi yeni ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. 12-18 noyabr tarixlərində bütün dünyada milyonlarla insan yeni nəsl sahibkarları ruhlandıracaq, birləşdirəcək və cəlb edəcək müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək.

Last updated: December 07, 2018

Share This Page