Flag of Azerbaijan

Demokratiya və İdarəetmə

Dil: Azeri | English

Speeches Shim

USAID dövlət və özəl sektor, habelə vətəndaş cəmiyyəti ilə çalışaraq şəffaflıq, cavabdehlik və insanlara qarşı qeydkeşliyi yaxşılaşdırmaq istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək göstərir. Həmçinin USAID vətəndaşlara öz icma və cəmiyyətlərində dəyişikliklərə nail olmaq üçün resurslarından, bacarıqlarından və istedadlarından yararlanmağa kömək edir. Bu sahələrdə bizim səylərimiz bir sıra aktual yerli və qlobal çətinlikləri dəf etmək və icma dayanıqlığını və tərəqqini artırmaq üçün vətəndaşlara, icmalara və hökumətə yardımçı olur. Bu sektorda USAID-in fəaliyyətləri ilə aşağıda tanış ola bilərsiniz.

Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi ilə tərəfdaşlıq şəklində Şərq-Qərb İdaerəetmə İnstitutu tərəfindən icra olunan USAID-in flaqman Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi ölkənin müxtəlif bölgələrində sosial-iqtisadi inkişafı irəliləmək və həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları və hökumət arasında əməkdaşlığı təşviq edir. Təlim və digər tədbirlər vasitəsilə SEDA layihəsi icmaları təkmilləşdirmək məqsədilə icmaların, qrupların və fərdlərin yerli və regional rəsmilərlə konstruktiv əlaqə yaratmaq bacarıqlarını artırır. Bu günə qədər SEDA 300.000-dən artıq insanın faydalana biləcəyi 168 icma inkişaf lahiyəsinə dəstək göstərib.

Qazax rayonundakı bu yem emalı məntəqəsindən 27.000 insanın yaşadığı ətraf icmalar yararlana bilir.
Qazax rayonundakı bu yem emalı məntəqəsindən 27.000 insanın yaşadığı ətraf icmalar yararlana bilir.
Vüqar Nağıyev/USAID

İnsan alverinin qarşısı alınması və onunla mübarizə sahəsində Azərbaycanın səmərəli səylərini təkmilləşdirmək məqsədilə USAID Beynəlxalq Miqrasiya Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və Daxilii İşlər nazirliyi ilə İnsan Alveri ilə Mübarizə layihəsi çərçivəsində əməkdaşlıq edir. Layihə Bakıdakı Təmiz Dünya qadın sığınacağının, Gəncədəki TƏMAS Regional İnkşaf İctimai Birliyinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin nəzdində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzlərinin işinə dəstək göstərir.

FHI 360, Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəz və MG Consulting tərəfindən icra olunan USAID-in Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsi hökumətin institusional şəffalığını və cavabdehliyini artırmaq üçün Azərbaycan hökumətinə dəstək göstərir. USAID müxtəlif mövzular, o cümlədən şəffaflığın artırılması və vətəndaşlara xidmətlərin göstərilməsi istiqamətində hökumət səylərinə dəstək sahəsində qeyri-hökumət təşkilatlarının 200-dən çox üzvünə təlim keçirilməsinə köməklik edib. Ədliyyə nazirliyi ilə əməkdaşlıq şəklində layihə çirkli pulların yuyulması və terroçuluğun maliyyələşdirilməsinin qarşısı alınması məqsədilə hökuməitin hesabatlılıq tələblərinə cavab vermək üçün vətəndaş cəmiyyəti təşkilatlarının 120 üzvünə təlim keçirib. Həmçinin layihə etik tələblər və antikorrupsiya qanunvericiliyinə dair hökumət qurumlarının əməkdaşlarına təlimlər keçirib.

Beynəlxalq Miqrasiya Təşkilatı ilə apardığımız Dayanıqlıq naminə İctimai Fəaliyyət layihəsi icma birliyi və dayanıqlığını təşviq etmək üçün yerli icmalara və layihələrə, xüsusilə gənc və qadınlara dəstək göstərir. Layihənin məqsədi gəncləri müsbət formada icmalarına töhfə verəcək şəkildə cəlb etməkdir. Layihə çərçivəsində USAID və Beynəlxalq Miqrasiya Təşkilatı ölkənin müxtəlif bölgələrindən həssas qruplardan olan gənclərə kompüter bacarıqları, ingilis dili, müsahibatlıq və maliyyə, habelə biznesin idarə edilməsi mövzusunda təlimlər keçirib; 1.000 nəfərə gəncin iştirak etdiyi 750 iş yerləri üzrə üç əmək yarmarkası keçirib; və hökumətin Gənclər Evlərinin və mərkəzlərinin fəaliyyətlərinə dəstək göstərib.

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində açılmış USAID-in İT laboratoriyası universitetin post-pandemiya dövründə onlayn dərs keçmək imkanlarını genişləndirəcək və tələbələrin informasiya texnologoiyaları sahəsində bacarıqlarını artıracaq.
Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində açılmış USAID-in İT laboratoriyası universitetin post-pandemiya dövründə onlayn dərs keçmək imkanlarını genişləndirəcək və tələbələrin informasiya texnologoiyaları sahəsində bacarıqlarını artıracaq.
Beynəlxalq Miqrasiya Təşkilatı

Müstəqil mətbuat iştirakçı, səriştəli və məlumatlı vətəndaş toplumunun yaradılmasında mühüm rol oynayır. Mediaya Dəstək layihəsi vasitəsilə USAID Azərbaycanda jurnalistika standartlarının təkmilləşdirilməsi məqsədilə yerli jurnalistləri təlim imkanları ilə təmin edir. Son illərdə keçirilən təlimlər məlumata əsaslanan jurnalistika, məişət zorakılığı kimi həssas mövzularda etikanın saxlanılması, multimedia və sairə mövzuları əhatə edib.

Last updated: July 21, 2021

Share This Page