Ana səhifə    In English   Saytin xəritəsi   Əlaqə    
|  USAID HAQQINDA  |  AZƏRBAYCAN  |  PROQRAMLAR  |  MƏTBUAT  |  PARTNYORLAR  |  TƏCHİZAT  |  ƏLAQƏLƏR  |  Iş Imkanları 
ABŞ-ın Azərbaycandaki Səfirliyi
PROQRAMLAR - Səhiyyə və Təlim Mübadilə 

SƏHİYYƏ VƏ TƏLİM MÜBADİLƏ

Məqsəd

Mövcud vəziyyət

Proqramın əsas istiqamətləri

Əldə olunmuş nailiyyətlər

Proqram fəaliyyətləri

Qiymətləndirmə və digər nəşrlər 

Layihələrin siyahısı


MƏQSƏD


Keyfiyyətli səhiyyə xidmətlərinin və təcrübənin  genişləndirilməsi

USAİD-nin Gəncə şəhərində maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətləri üzrə Təlim Mərkəzində çalışan Azərbaycanlı həkim xəstənin qan təzyiqini ölçür.

USAİD-nin Gəncə şəhərində maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətləri üzrə Təlim Mərkəzində çalışan Azərbaycanlı həkim xəstənin qan təzyiqini ölçür.

USAID təşkilatının səhiyyə sektoru ilə bağlı yerinə yetirdiyi fəaliyyətlər səhiyyə sisteminin gücləndirilməsi, o cümlədən səhiyyə üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin artırılması və resurs bölgüsünün təkmilləşdirilməsi, ilk tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin, təcili yardım xidmətlərinin təkmilləşdirilməsi, habelə fərdi və ailə sağlamlığı üçün şəxsi məsuliyyət hissinin gücləndirilməsi istiqamətinə yönəldilmişdir. 2002-ci ildən bəri USAID Azərbaycanda səhiyyə ilə bağlı layihələrin həyata keçirilməsi üçün 13.036 milion ABŞ dollarından çox maliyyə vəsaiti ayırmış, 2007-cı ildə isə təxminən 3 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracaq. Səhiyyə sektoru ilə bağlı bütün fəaliyyətlər respublikanın "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının" strateji məqsədlərini dəstəkləyir və BMT-nin Minilliyin İnkişaf Məqsədlərində öz əksini tapmış hədəflərə nail olmaq niyyətindədir.

MÖVCUD VƏZİYYƏT

Azərbaycan bölgədə ən pis səhiyyə göstəricilərinə malik olan ölkələrdən biridir. Körpələrin ölüm faizi yüksəkdir. Belə ki, hesablamalara görə, 1000 doğuşdan 79 doğuş zamanı körpə tələf olur. Beş yaşına çatmayan uşaqlar arasında isə hər 1000 uşağa 92 ölüm halı qeydə alınmışdır. Ehtimal olunan orta ömür müddəti təqribən 64 yaşdır və bu rəqəm getdikcə azalmaqdadır. Uşaqlar arasında ölüm hallarının əsas səbəblərinə nəfəs yolları xəstəlikləri və ishal nəticəsində baş vermiş susuzlaşma daxildir. Səhv qidalanma, tütün və spirtli içkilər kimi pis vərdişlər və hərəkətsizlikdən yaranan ürək-damar xəstəlikləri böyüklər arasında vaxtsız ölümün əsas səbəblərindəndir. Bundan əlavə, kişilər arasında bədən xəsarətinə görə baş vermiş ölüm halları qadınlara nisbətən üç dəfə çoxdur. Əhali artımı aşağı olsa da, Azərbaycan qadınlarının yalnız 7 faizi ailə planlaşdırılmasının müasir üsullarından istifadə edir. Eyni zamanda, qadınlar, orta hesabla, 3.2 abort edirlər. Səhiyyə xərclərinin təxminən 20 faizi dövlət səhiyyə xərclərindən ibarətdir, dövlətin səhiyyəyə sərf etdiyi vəsait isə ümummilli məhsulun 1%-dən az məbləği təşkil edir.

Azərbaycan hökuməti lazımi səhiyyə islahatları aparmaq üçün iş görür. Belə pis səhiyyə göstəricilərinə dair tədbir görmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyə sisteminin maliyyələşdirilməsi və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi üçün səy göstərir.

PROQRAMIN ƏSAS İSTİQAMƏTLƏRİ

Uşaqlar müntəzəm olaraq peyvənd olunduqları yerli səhiyyə mətqəsinə daxil olurlar. 

Uşaqlar müntəzəm olaraq peyvənd olunduqları yerli səhiyyə mətqəsinə daxil olurlar.

USAID təşkilatı Azərbaycan  hökuməti ilə siyasi dialoq yaratmaqla və hədəf ərazilərdə sınaq layihələri həyata keçirməklə öz səhiyyə islahatlarını yerinə yetirməyə köməklik edir. Layihələr səhiyyə sistemində islahatları dəstəkləyən qanun strukturunu və siyasət tədbirlərini reallaşdırmağa və həyata keçirməyə; səhiyyə sisteminin resurslarını səfərbər etməyə, bölgüsünü və istifadəsini daha səmərəli etməyə; səhiyyə xidmətlərinin keyfiyyətini artırmağa və insanların səhiyyə xidmətləri, sağlam həyat tərzi, xəstələrin hüquq və vəzifələri haqqında daha dolğun məlumata malik olmasına və bunları müdafiə etmək bacarığına yiyələnməsini təmin etməyə çalışır. Bunun sayəsində strateji məqsəd əldə olunacaq, yəni Azərbaycanda yüksək keyfiyyətli səhiyyə xidmətləri və təcrübəsindən daha çox istifadə ediləcək. 

Bu nəticələri əldə etmək üçün layihələr aşağıda sadalanmış məsələləri təkmilləşdirmək və gücləndirmək istiqamətində iş aparır:

? Səhiyyə sisteminin maliyyələşdirilməsi və resurs bölgüsü;

? İlk tibbi yardım xidmətləri, o cümlədən ana və uşaqların sağlamlığı və qeyri-infeksion xəstəliklər;

? Ailə planlaşdırılması və reproduktiv sağlamlıq xidmətləri;

? Təcili tibbi yardım xidmətləri;

? Həyat tərzində və kommunikasiyada dəyişikliklər.

NAİLİYYƏTLƏR

Səhiyyə Nazirliyi USAID təşkilatının ilk tibbi yardımın gücləndirilməsi layihəsinin texniki dəstəyi ilə Səhiyyə Sektorunun İslahatı Layihəsini tərtib etmişdir (Dünya Bankından götürülmüş kredit vasitəsilə və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir).

? Səhiyyə Nazirliyi Təcili Yardım şəbəkəsini genişləndirmişdir. Artıq 12 belə xəstəxana ölkə üzrə fəaliyyət gösətir, bunlardan dördü USAID təşkilatının Təcili Yardımın İnkişaf etdirilməsi Təşəbbüsünün (TYİT) sınaq layihəsinin icra edildiyi ərazilərdə yerləşir. Bu cür genişlənmə TYİT verdiyi tərtibata və texniki rəylərə əsaslanaraq yerinə yetirilir.

? USAID təşkilatının ilk tibbi yardımın gücləndirilməsi layihəsinin qoyduğu bünövrəyə əsaslanaraq Azərbaycanın Nazirlər Kabineti Koordinasiya Şurasının yaradılması haqqında sərəncam verdi. Məqsəd ?Azərbaycan Respublikasında istifadə olunan ilk tibbi yardım mexanimzlərini müasir tələbata uyğunlaşdırmaqla səhiyyə sisteminin keyfiyyətini artırmaq, bu sahədə struktur islahatları aparmaq və məcburi tibbi sığorta sistemi tətbiq etmək?dən ibarətdir.

? Uşaq Xəstəliklərinin Birgə İdarə olunmasına (UXBİ) həsr olunmuş materiallar Azərbaycan şəraitinə uyğunlaşdırılmışdır. Ölkənin doqquz rayonunda çalışan səhiyyə işçiləri UXBİ təlimlərində iştirak etmişlər.

? Səhiyyə Nazirliyi UXBİ dövlət protokolu kimi qəbul etmişdir. O, hal-hazırda milli səviyyədə planlaşdırmaq üçün USAID təşkilatının səhiyyə layihələrindən texniki yardım alır.

? 33 mindən artıq icma üzvü həmyaşıdları vasitəsilə həmyaşıd təlimçilər (peer educators) səhiyyə ilə bağlı bir sıra mövzuya həsr olunmuş təlim almışdır.

? 35,000-dən artıq qadın və kişi həmyaşıdları vasitəsilə həmyaşıd təlimçilər reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında təlim almışdır.

? ABŞ ? Azərbaycan səhiyyə partnyorluğu vasitəsilə İcma Məsləhət Şurası icmanın səhiyyə sistemində daha yaxından iştirak etməsini təmin etmək və Gəncədə əhali ilə ilk tibbi yardım xidmətləri göstərən müəssisələr arasında əlaqələr yaratmaq üçün iş görür.

? İlk tibbi yardımın gücləndirilməsi üzrə işçi qrup formalaşdırılmışdır. Onun missiyası Azərbaycanda ilk tibbi yardım islahatının ümumi anlayışını işləyib hazırlamaq və bu səhiyyə islahatlarına nail olmaq üçün strategiyalar tövsiyə etməkdən ibarətdir.

? USAID səhiyyə layihələri Həkimləri Təkmilləşdirmə İnstitutunda (tibbi təhsilin davam etdirilməsi üçün məsuliyyət daşıyan institut) Ailə Təbabəti/ Ümumi Profilli Həkim (General Practitioner) üçün tədris planının hazırlanmasına və genişləndirilməsinə dəstək verir.

? Təcili Yardım üzrə Texniki İşçi Qrupu formalaşdırılmışdır. Onun missiyası Azərbaycanda təcili yardım islahatı haqqında ümumi anlayışı işləyib hazırlamaq və bu səhiyyə islahatlarına nail olmaq üçün strategiyalar tövsiyə etməkdən ibarətdir.

? Yevlax rayonunun Mərkəsi Xəstəxanası təmir edilmiş və strukturu dəyişdirilmişdir. Burada əvvəllər ayrı-ayrı fəaliyyət göstərən üç şöbəni: qəbul, travmatologiya, təcili yardım və reanimasiyanın funksiyalarını və vəzifələrini özündə cəmləşdirən təcili yardım şöbəsi yaradılmışdır. Gəncə, Şəmkir və Kürdəmir xəstəxanalarında da buna bənzər yeniliklərin edilməsi planlaşdırılır.

PROQRAM
FƏALİYYƏTLƏRİ

Ilk tibbi yardımın gücləndirilməsi

Bu layihə Səhiyyə Nazirliyinə ilk tibbi yardım (İTY) islahatları üzrə texniki yardım göstərir. Layihənin diqqət mərkəzində duran məsələlərə səhiyyə sisteminin maliyyə vəsaitinin və ilk tibbi yardım üçün ayrılan resursların artırılması, İTY icma əsaslı xidmətlərin yenidən müəyyən edilməsi və quruluşunun dəyişdirilməsi, İTY xidmətlərinin keyfiyyətinin artırılması, habelə fərdi və ailə sağlamlığı üçün şəxsi məsuliyyət hissinin aşılanması aiddir. Səhiyyə Nazirliyi Dünya Bankının dəstəyi ilə İTY islahatlarına başlayacaq və bu islahatları Qax, Şəki, Ağdaş, İsmayıllı rayonlarında və Abşeron yarımadasında sınaqdan keçirəcək. USAID-nin İTY gücləndirilməsi layihəsi bu rayonlarda görülən bütün bu işlərdə bir partnyor rolunu oynayır. Bundan əlavə, bu layihə insanlara quş qripinə tutulmamaq üçün tədbirlər və sağlam həyat tərzinin təbliği/ kommunikasiyalar üzrə də Səhiyyə Nazirliyinə kömək edir.


Ailə Planlaşdırılması USAİD-nin Azərbaycanda maliyyələşdirdiyi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsi vasitəsilə Azərbaycan ailələrinə xoşbəxtlik və əmin-amanlıq gətirir.

Ailə Planlaşdırılması USAİD-nin Azərbaycanda maliyyələşdirdiyi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsi vasitəsilə Azərbaycan ailələrinə xoşbəxtlik və əmin-amanlıq gətirir.

ACQUIRE Reproduktiv sağlamlıq /Ailə planlaşdırılması layihəsi

 
Layihə planlaşdırılmamış hamiləlik əleyhinə münasib qiymətli müasir vasitələrin istifadəsini artırmaqla və geniş çeşidli metodların birgə istifadəsini təmin etməklə Azərbaycanlıların reproduktiv sağlamlıq və ailə planlaşdırılması ehtiyaclarını ödəyir. Bu layihə Səhiyyə Nazirliyi və yerli Rayon Səhiyyə Şöbələri, habelə QHT-lər, icmalar və özəl sektor ilə yaxından əməkdaşlıq edir. ACQUIRE əsasən Ismayıllı, Şamaxı, Ağsu, Kürdəmir və Göyçay rayonlarında fəaliyyət göstərir. Bundan əlavə olaraq İmişli, Beyləqan, Ağcabədi, Bərdə, Tər-Tər, Yevlax, Goranboy və Mingəçevir rayonlarında da iş görür.





Azərbaycanda demoqrafik vəziyyət və sağlamlıq üzrə sorğunun aparılması

USAID təşkilatı BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə demoqrafiya və sağlamlığa həsr olunmuş sorğu aparır. Məqsəd səhiyyə ilə bağlı planlaşdırma və qərar qəbul etmə üçün etibarlı və zəngin məlumatlar toplamaqdır. Ümummilli səviyyədə aparılan bu sorğu Nazirlər Kabineti nəzdində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir.

Səhiyyə sistemində partnyorluq

Amerika və Azərbaycan parrnyorları birgə işləyərək Azərbaycanda bacarıqları və səhiyyə xidmətlərini möhkəmləndirirlər. Onlar bu cür işləri hal-hazırda Gəncə şəhərində yerləşən poliklinikada və digər bu kimi tibbi mərkəzlərdə yerinə yetirirlər. Bakıda artıq üç partnyorluq üzrə iş tamamlanmışdır və bunun nəticəsində neonatal reanimasiya üzrə təlim mərkəzi və ilk tibbi yardım üçün birgə ixtisaslaşmış xidmətlər yaradılmışdır.

Dram klubunun uşaqları Azərbaycanın Şüvəlan qəsəbəsində Uşaqların Mühafizə Gününü qeyd edirlər.  

Dram klubunun uşaqları Azərbaycanın Şüvəlan qəsəbəsində Uşaqların Mühafizə Gününü qeyd edirlər. 

Aztəminatlı uşaqlar üçün icma əsaslı yardım xidmətləri proqramı

Bu layihə təxminən 11,300 aztəminatlı uşağa qayğı göstərmək üçün icmanın gücləndirilməsinə və onların cəmiyyətə qaynayıb-qarışmasına nail olmaq niyyətindədir. Aztəminatlı uşaqlara müəssisələrdə yaşayan uşaqlar, məcburi köçkün uşaqlar, kasıb ailələrdə yaşayan uşaqlar, tənha valideynləri olan uşaqlar, əlil uşaqlar və küçə uşaqları daxildir. Azərbaycanın Goranboy, Mingəçevir və Şüvəlan rayonlarında fəaliyyətlər həyata keçirilir.

Təcili yardımın inkişaf etdirilməsi təşəbbüsü

Bu layihə siyasi dialoq, təcili yardım və ilk yardım göstərən işçilərin təlim alması, təkmilləşdirilmiş məlumat sistemləri, avadanlıq və şəraitin yaxşılaşdırılması vasitəsilə Səhiyyə Nazirliyinin təcili yardım potensialını artırmaq istiqamətində iş görür. Şəmkir, Gəncə, Yevlax və Bakıda təcili yardım şöbələri və təlim mərkəzləri abadlaşdırılmışdır. Bu layihə üçün ayrılan maliyyə vəsaitinin yarısı neft şirkətləri konsorsiumundan ibarət özəl sektor tərəfindən verilmişdir.

Uşaqların sağlamlığının təmin olunması

İranla həmsərhəd olan dağlıq rayonlarda (Masallı, Lerik və Yardımlı) yerinə yetirilən bu layihənin məqsədi səhiyyə xidmətləri göstərən şəxslərin bacarıqlarını artırmaqla və icma üzvləri arasında tibbi məsləhət almağa həvəs yaratmaqla 5 yaşına çatmamış uşaqların xəstəlik və ölüm hallarını azaltmaqdan ibarətdir.


QİYMƏTLƏNDİRMƏ VƏ DİGƏR NƏŞRLƏR


İİ Qiymətləndirilməsi- Dekabr 2004      [1.55 MB]

İTY Yekun Qiymətləndirmə 2-01-05       [2.08 MB]

Daimi sakinlərin, qaçqın və köçkünlərin sosial-səhiyyə vəziyyətinin qiymətləndirilməsi 


LAYİHƏLƏRİN SİYAHISI

Nature of Azerbaijan
Untitled
>
>
PROQRAMLAR   
Demokratiya və İdarəçilik
plx
Xüsusi Layihələr
plx
İqtisadi İnkişaf
plx
Səhiyyə və Təlim Mübadilə

Press Reliz 
ABŞ Dəvəçidə Tibb Məntəqəsinin Bərpasını Maliyyələşdirir
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 17 Fevral 2008-ci il tarixdə saat 11:00-da Dəvəçi  rayonunun Şahnəzərli kəndində tibb ...
USAID Azərbaycanda Dövlət İnvestisiyası Layihələrinin Tərtibatı və Maliyyələşdirilməsi sahəsinə dəstək verir
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) İqtisadi İnkişaf Nazirliyi və onun İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) il...
USAİD-in Administratoru və ABŞ-ın Xarici Ölkələrə Yardımı üzrə Direktoru Henrietta H. For Hökumət Rəsmiləri ilə Görüşdü
Milli Məclisin Sədri ilə görüşBu gün Administrator For Milli Məclisin sədri cənab Oktay Əsədovla görüşdü.  Görüşdə Administra...
United States Agency for International Development
Privacy Policy   USAID Georgia
Download Plugins for Adobe Reader   Flash Player   MS Word
Last updated on :2009-02-18
U.S.Department of State
USAID Washington